Zakir Həsənov Respublika Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Posted by

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May Respublika Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirin təbrikində deyilir:

“Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 28 May – Respublika günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində mövcud olsa da onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir.

Ümummilli liderimizin layiqli davamçısı kimi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin siyasi və iqtisadi dayaqları möhkəmlənmiş, inkişaf tempinə görə respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəlmiş, əhalinin maddi-sosial şəraiti daha da yaxşılaşmış, respublikamız müdafiə qüdrətini daha da artıraraq regionda lider dövlətə çevrilmişdir.

İnanıram ki, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq, Vətənə, xalqa, dövlətə sədaqətlə qulluq edəcək, işğal altında olan ərazilərimizin azad edilməsinə hər an hazır olacaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.

Trend.az