Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub

Posted by

Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olubZakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub

Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri və qərargah rəislərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin vəzifələri və məqsədi barədə məlumat verilib.

 

Bildirilib ki, Mərkəzin əsas məqsədi strateji, əməliyyat-strateji və taktiki səviyyələrdə, həmçinin bölük və tağım komandirləri də daxil olmaqla, müasir döyüş və manevr imkanları, relyef və iqlim şəraiti nəzərə alınmaqla, keyfiyyət və kəmiyyət baxımından qərarların qəbul edilməsi və dəqiqləşdirilməsi məsələlərinin öyrənilməsi üzrə zabitlərin hazırlanmasıdır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi Mərkəzin əməliyyat və təhlil, komandanlıq və idarəetmə sisteminin trenajorları, birləşmiş münaqişə və taktiki simulyasiya, o cümlədən yardımçı bölmələri ilə tanış olub və Mərkəzin fəaliyyəti ilə maraqlanıb.

 

Sonda müdafiə naziri Silahlı Qüvvələrdə komanda-qərargah məşqləri və təlimlərin keçirilməsi, birlik və birləşmə səviyyəsində zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi, təlimlərin sayının artırılması, həmçinin təlimlərdə bütün döyüş hesabatlarının simulyasiya sistemi vasitəsilə yoxlanılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.

 

Apa/az