Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıq verib

Posted by

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıq veribZakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıq verib

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıq verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi məqsədilə görülən işlər barədə müdafiə nazirinə məruzə edib.

 

Ən müasir avtomatik idarəetmə sistemlərilə təchiz edilmiş Məntəqədə yaradılan şəraitlə tanış olan Z.Həsənov Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili, o cümlədən qərarların vaxtında qəbul edilməsinin vacibliyini şəxsi heyətin diqqətinə çatdırıb.

 

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin idarə edilməsi, iş bacarığının təkmilləşdirilməsi, modelləşdirmə proqramı əsasında Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünün və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyüş tətbiqinin analiz edilməsi barədə Hərbi Hava Qüvvələri komandanlığı qarşısında tapşırıq qoyub

 

Trend.az