Zakir Həsənov: “Gürcüstanla bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı gücləndiririk”

Posted by

“Çox səmimi bir qəbul oldu. Cənab nazir tam düzgün dedi ki, bizim çox dərin tarixi əlaqələrimiz var”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov həmkarı İrakli Alasaniya ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanla Gürcüstanın bütün sahələrdə çox sıx əlaqələri var: “Bütün istiqamətlər üzrə əməkdaşlığımız inkişaf edir. Beynəlxalq qurumlarda Azərbaycan və Gürcüstanın mövqeləri üst-üstə düşür və eynidir. Biz minnətdarlıqla qeyd edirik ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Bütün istiqamətlərdə olduğu kimi, biz hərbi sahədə də əməkdaşlığı gücləndiririk. Bunun üçün geniş imkanlar var. Hərbi, hərbi-texniki təhsil sahəsində imkanlarımız böyükdür. Cənab İrakli Alasaniya qeyd etdi ki, bizim Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı sahəsində də böyük imkanlarımız var. Biz bu istiqamətdə güclü işləyəcəyik. Əminəm ki, bu, üç dövlətin xeyrinə olacaq. Mən də fürsətdən istifadə edib Gürcüstan xalqına əmin-amanlıq və sülh arzulayıram”.

Apa.az