Yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrini Nəqliyyat Nazirliyi ilə yanaşı DİN də yoxlayacaq

Posted by

Yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrini Nəqliyyat Nazirliyi ilə yanaşı DİN də yoxlayacaq

Yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrini Nəqliyyat Nazirliyi ilə yanaşı DİN də yoxlayacaq

Yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrini Nəqliyyat Nazirliyi ilə yanaşı DİN də yoxlayacaq

Daxili İşlər Nazirliyinə də yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrini yoxlamaq səlahiyyəti verildi.

 

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, hökumətin müvafiq qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Dəyişiklik iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlıdır.

Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək.

Buna qədər isə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) yalnız Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilirdi.

 

Trend.az