“Yol hərəkəti haqqında” qanuna mühüm dəyişiklik edilir

Posted by

“Yol hərəkəti haqqında” qanuna mühüm dəyişiklik edilir

“Yol hərəkəti haqqında” qanuna mühüm dəyişiklik edilir

“Yol hərəkəti haqqında” qanuna mühüm dəyişiklik edilir

Nəqliyyat vasitəsi ilə cinayət törədən sürücünün, avtomobil qaçıranın dərhal təqib olunaraq saxlanması, habelə bütün məcburi dayandırma vasitələrindən istifadə qanuniləşdirilir

 

Azərbaycanda nəqliyyat vasitəsi ilə cinayət törədən sürücünün, avtomobil qaçıranın dərhal təqib olunaraq yerindəcə saxlanması, avtomobilinin müsadirə olunması və ona qarşı bütün məcburi dayandırma vasitələrindən istifadə qanuniləşdirilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə dəyişiklik edilir.

 

Maddənin “Qeyd” hissəsinin dördüncü cümləsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

 

Hazırda qüvvədə olan variant isə belədir: nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.

 

Apa.az