“Yol hərəkəti haqqında” qanun dəyişdi

Posted by

“Yol hərəkəti haqqında” qanun dəyişdi“Yol hərəkəti haqqında” qanun dəyişdi

“Yol hərəkəti haqqında” qanun dəyişdi

Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, magistral yollarda hər 50 km-dan sonra dayanmaq üçün mərkəzlər tikiləcək və digər yerlərdə dayanma və durma hərəkətləri qadağan edilir. Deputat Çingiz Qənizadə bildirib ki, hazırda Azrbaycanda olan magistral yollarda hazırda bu cür istirahət mərkəzləri tikilməyib. “Belə olan halda maşınlara magistral yolda dayanma və durmanı qadağan etmək doğru deyil. İlk öncə bu mərkəzlər olmalıdır, sonra bu qanun təbiq oluna bilər. Yaxud da qanunda qeyd edilməlidir ki, bu qayda həmin mərkəzlər tikildikdən sonraya şamil ediləcək” Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib. Beləliklə, bundan sonra magistral yollarda təyin olunmuş dayanma nöqtələrindən başqa yerdə avtomobil saxlayanlar cərimə ediləcək.

 

 

bizimyol.info