Y.Kovryakova: Azərbaycan Konstitusiyasında milli dəyərlərə əsaslanan sosial dövlət konsepsiyası daha geniş təsbit olunub

Posted by

Y.Kovryakova: Azərbaycan Konstitusiyasında milli dəyərlərə əsaslanan sosial dövlət konsepsiyası daha geniş təsbit olunub

Y.Kovryakova: Azərbaycan Konstitusiyasında milli dəyərlərə əsaslanan sosial dövlət konsepsiyası daha geniş təsbit olunub

 

 

Y.Kovryakova: Azərbaycan Konstitusiyasında milli dəyərlərə əsaslanan sosial dövlət konsepsiyası daha geniş təsbit olunub

O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (Akademiyasında, – MDHA) Azərbaycan Konstitusiyası Gününə həsr olunmuş konfrans keçirilib. Konfrans Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilib.

 

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev konfransı açaraq tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın salamlarını çatdırıb, onlara uğurlu iş arzulayıb.

 

Azərbaycan Milli Məclisinin deputatı Əli Hüseynli qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan və Rusiya bütün dünya üçün mürəkkəb bir siyasi dövrdə tamamilə yeni siyasi mədəniyyət nümayiş etdirərək, qonşu dövlətlərin öz xalqlarının rifahı naminə necə yaşamalı olduqlarını göstəriblər. Azərbaycan Respublikasının Əsas Qanununun yaranması tarixi barədə danışan Ə.Hüseynli qeyd edib ki, on doqquz il bundan əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ölkəmizin müstəqilliyi dövründə ümumxalq səsverməsi – referendum yolu ilə ilk Konstitusiya qəbul edib. Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə və dünyadakı qabaqcıl təcrübəyə əsaslanaraq işlənib hazırlanmış, milli və ümumbəşəri dəyərləri əks etdirən yeni Konstitusiya ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının inkişafına güclü təkan verib.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev konfransın təşkilinə görə RAGB-yə təşəkkürünü bildirib. O, Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlunun adından konfrans iştirakçılarına uğurlu və səmərəli iş arzulayıb, azərbaycanlı tələbələri Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi işində fəallıq göstərməyə çağırıb.

 

MDHA-nın Konstitusiya və bələdiyyə hüquqi kafedrasının dosenti Yelena Kovryakova öz məruzəsində Azərbaycan və Rusiya konstitusiyalarını müqayisə edib. O, iki ölkənin əsas qanunları arasında oxşar cəhətlərin çox olduğunu qeyd etməklə bərabər, Azərbaycan konstitusiyasına xas olan fəqləndirici əlamətləri də göstərib. Y.Kovryakova vurğulayıb ki, həm ümumbəşəri, həm də milli dəyərlərə əsaslanan sosial dövlət konsepsiyası Azərbaycan Konstitusiyasında daha geniş təsbit olunub. MDHA-nın dosenti Azərbaycan Konstitusiyasının RF-nın ali normativ-hüquqi aktından fərqli maddələrini (ölkənin təbii ehtiyatların xalqa məxsus olması, ailənin cəmiyyətin əsas dövlət tərəfindən qorunan özəyi olması barədə və s.) sadalayıb. O deyib: “Rusiya və Azərbaycan dövlətləri vətəndaşların pulsuz təhsil almaq hüquqlarını təmin edirlər, lakin Azərbaycan Konstitusiyasında bu da qeyd edilir ki, dövlət istedadlı gənclərin maddi vəziyyətindən asılı olmayaraq təhsillərini davam etdirməsinə zəmanət verir. Mənim fikrimcə, Azərbaycan Konstitusiyasında həm dünyəvi dövlətlərə xas olan demokratik ideyalar əks olunub, həm də milli spesifika qorunub saxlanıb”.

 

 

 

 

 AzərTac/az