“Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə tarixi baxış” – Arzu Ismayilova

Posted by

Cəmiyyət dinamik inkişafda olan orqanizm oduğu üçün sosial həyatın müəyyən bir sahəsində baş verən dəyişikliklər digər sahələrdə də zəruri dəyişikliklərin baş verməsinin səbəbi olur. Son illər bizim respublikamızda və eləcə də bütün post- sovet ölkələrində baş verən sosial-siyasi dəyişiklikləri yuxarıdakı fikirləri təsdiq edən əyani sübut kimi göstərmək olar. Bu dəyişikliklər bizim həyatimızın nəinki maddi tərəfinə,eləcə də cəmiyyətdə mövcud olan mənəvi,hüquqi,siyasi,əxlaqi və d. münasibətlərə də təsirini göstərmişdir.
Son illər ölkəmizdə gedən yenidənqurma tam mənası ilə hüquq elminə,hüquq mühafizə orqanlarına,o cümlədən yeniyetmələrin və gənclərin nümayəndələri arasında baş verrən cəmiyyətə zidd hallara qarşı mübarizə xəttinə də aiddir. Buna görə də Ədliyyə Nazirliyinin,məhkəmə,prokurorluq ,polis və QHT-lərin səmərəli fəaliyyəti yeniyetmələr arasında pozğunluqlara qarşı mübarizədə cinayətlərin qarşısını almaq məqsədi ilə aparılan tərbiyəvi işin hüquqi əsasının möhkəmləndirirlməsi və ədalətin möhkəmləndirilməsi vəzifələrini həyata keçirməsidir.
Hüquq mühafizə orqanlarınin fəaliyyətinin təkmilləşməsində əsas istsqamətlərdən biri məktəblilərin,gənclərin hüquq tərbiyyəsinə daha çox qayğı göstərilməsindən,hüquq pozğunluqlarının profilaktikasının səmərəliliyininin artırilmasından, gənclərin qeyri-formal birliklərinin cəmiyyətə zidd qüvvələrin sosial mənada neqativ təsirindən uzaqlaşdırılmasından,müxtəlif tərbiyəvi təsir formalarının seçilməsindən və s ibarətdir.

Yetkinlik yaşına çatmayanların hüquqa zidd hərəkətlərinin aradan qaldırılmasının təkmilləşdirilməsi bu gün xüsusi aktuallıq kəsb edir.Gənc nəslin əxlaqi tərbiyyəsinin formalaşması yolunda məhz yaşın belə bir mərhələsində ciddi iş aparılmalı,cinyət etmək psixologoyası və vərdişi aradan qaldırılmalıdır.
Yol verdikləri qanun pozuntusuna görə cinayət məsuliyyətinə cəlb edilmiş yetkinlik yaşına çatmayan şəxslərlə davranış ,onların barəsində cinayət tədbirlərinin həyata keçirilməsi xüsusilə bu şəxslər barədə cinayət mühakiməsinin aparılması(hüquq sahəsində bu yuvenal ədliyyə də adlandırılır)son illərdə bütün dünyada,xüsusilə keçmiş SSRİ məkanında olmuş dövlətlərdə maraq və polemika doğuran problemlərdəndir.Bu problemlərin prealitet xarakter alması belə şəxslər tərəfindən törədilən cinayətlərin sayının kifayət qədər yüksək olduğu dövlətlərdə o cümlədən qonşu Rusiya Federasiyasında da bir problem kimi xüsusilə vurğulanır. Müsbət haldır ki,müstəqil Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlər dövlətin ümumi cinayətkarlıq strukturunda çox cüzi yer tutur.Dövlətimizdə yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin sayının digər ölkələrə nisbətən az olması yaxşıdır və bunun müxtəlif səbəbləri var.Burada ilkin olaraq xalqımıza xas olan adət və ənənələrin, milli mentalitetimizi, yetkinlik yaşına çatmayan şəxslərə dövlət, valideynlər tərəfindən göstərilən qayğını qeyd etmək lazımdır. Azərbaycanda son illərdə həyata keçirilən demokratik islahatlar çərçivəsində yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının təmin edilməsinə, onlar tərəfindən yol veriləcək cinayətlərin qarşısının alınmasına yönəlmiş çoxsayli və məqsədyönlü dövlət tədbirlərinih də rolu az deyildir.
Pedaqoji tədqiqatlar göstərir ki,yeniyetmələr on dörd yaşdan başlayaraq psixoloji və dünya görüşü cəhətdən çox inkişaf edirlər.Xüsusilə şəxsi məsuliyyət hissi, müstəqillik ,insanlarla münasibət saxlamaq vərdişləri yaranır.Ona gorə də bu yaşda olan yetkinlik yaşına çatmayanlarda düşdüyü mənfi şəraitə tezliklə uyğunlaşma,mənəvi cəhətdən pozğun olan şəxslərin təsiri altına düşmə hallarına təsadüf edilir. Bu yaş kəsiyində şəxslərin həyatında büdrəmələr olur ki,gənclər özünün həyatı barədə düşünmək,müstəqil yaşamaq, valideyinlərin tərbiyyəsindən uzaqlaşmaq meylləri yaranmağa başlayır.Bu dövrü bir çox tədqiqatçılar həm də “şəxsiyyətin yaranması,cəmiyyətin müstəqil üzvü olmasına keçməsi dövrü” adlandırırlar.Bu yaşda şəxslərdə həm də həyatın nemətlərinə xoş təəsurat alma yollarına ,narkotik vasitələrə,macəralara və s. meyl yaranır.Belə bir meyllər yetkinlik yaşına çatmayanları əlbəttə ki,yaşlı təhrikçinin köməyi ilə müxtəlif cinayətlərin törədilməsinə gətirib çıxarır, bu da öz npvbəsində həmin yeniyetmələri məsuliyyətdən kənarda qoymur.Məsuliyyətdən bəhs etmişkən yeniyetmələrlə bağlı məsuliyyətin tarixi ilə tanışlıq yerinə düşərdi.
Yetkinlik yaşina çatmayan qanun pozucularının tarixi keçmişini qəddar və ədalətsiz adlandırmaq olar.Yeniyetmələrlə bu cür rəftarı bir neçə dövrə bölmək olar:
1. Antik dövr
2. Orta əsrlər dövrü
3. Orta əsrlərdən -19-cu əsrədək olan dövr
O dövrün hüquq elmində uşaqlığın hüquqi anlayışı yox idi.Ona görə də biz qədim sənədlərə nəzər saldıqda uşaq və yetkinlik yaşına çatmayanların xüsusi müdafiəsinin hüquqi qaydalarını görmürük.Hətta ehtimal etmək olar ki,qədim dövrlərin,orta əsrlərin,həmçinin ilkin kapitalizm hüquqşünaslarının müstəqil demokratik qrup kimi “cinayətkar uşaqlar” maraqlandırmamışdır.Həmin dövrdə qanun və məhkəmənin yetkinlik yaşına çatmayanlara qarşı qəddarlığı onlar qanuna zidd əməl törətdikdə,hüquqi vəziyyətlərinin yaşlı cinayətkarlarla bərabər tutulmasinda ifadə olunurdu.Ən çox primitiv qəddarlıq insan şəxsiyyətinin təbii halı kimi uşaqlığa göstərilməsi,daha çox orta əsrlərin inkvizasiya məhkəməsinin “alovunu” özündə əks etdirən hüquqi aktlar üçün xarakterikdir.Belə ki, həmin dövrdə yetkinlik yaşına çatmayanlara qarşı ölüm cəzası tez-tez tətbiq olunurdu.Böyüklərlə eyni cəzanın tətbiqi və uşaqlarin onlarla birlikdə eyni həbsxanalarda saxlanılması,uşaqlara tamamilə aydın olmayan prosessual hərəkətlər və işgəncələr adi hal idi.
Sonda onu da qeyd edim ki,,bizim tarixi kolleqalarımız-hüquqşünasların uşaq və yeniyetmələrin yaşlarına görə yüksək hüquqi müdafiəyə ehtiyacı olduğunu anlamırdılar.Bu vacib faktora əhəmiyyət verilməməsi Roma hüququnda və orta əsrlərin tarixi abidələrində uşaqların qanun və məhkəmə qarşısında çox məhdud müdafiəsinə gətirib çıxartdı.
XIX əsrin II yarısı yetkinlik yaşına çatmayan qanun pozucularına ənənəvi münasibətin,tədricən lakin dayanmadan dəyişilməsi ilə əlamətdar oldu.Bu dəyişikliklər bu günə qədər davam edir və düşünürəm ki,cəmiyət inkişaf etdikcə bu yenə də davam deəcəkdir.

Arzu Ismayilova
Ushaq huquqlari klinikasinin telebesi