Yeni yeraltı piyada keçidi tikilir

Posted by

Yeni yeraltı piyada keçidi tikilir Yeni yeraltı piyada keçidi tikilir

Yeni yeraltı piyada keçidi tikilir

Bakı Ağ şəhər layihəsi çərçivəsində Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi qrafikə uyğun davam etdirilir.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis “ASC-dən Trend-ə verilən məlumata görə, 4 giriş-çıxışı olacaq piyada keçidinin çıxışlarından biri “Ağ şəhər”, digəri Azərbaycan Boks Federasiyası, qalan ikisi isə Dənizkənarı Park istiqamətində olacaq.

 

Keçiddə hər tərəfində 2-si olmaqla 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazıdır. Dənizkənarı Park istiqamətində isə 50 faiz işlər görülüb. Hazırda zavod şəraitində əvvəlcədən gərginləşdirilmiş tirlər tikinti meydançasına gətirilərək quraşdırılır. Paralel olaraq monolit dəmir-beton, izolyasiya və sair işlər davam etdirilir.

 

Trend.az