Yeni tibb məntəqəsi laçınlı məcburi köçkünlərin istifadəsinə verilmişdir

Posted by

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Malıbəy obasında yeni inşa olunmuş tibb məntəqəsi istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məcburi köçkünləri təbrik etmiş, tibb məntəqəsinin inşasında əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə tikintini aparan “Qartal” firmasının rəhbərinə Laçın Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunmuşdur.

Sonra iştirakçılar tibb məntəqəsində yaradılan şəraitlə tanış olmuşlar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.

AzərTac.az