Yeni dərs ilindən Azərbaycanda tələbə və ali təhsil müəssisələri üçün akademik yük azaldılacaq

Posted by

Yeni dərs ilindən Azərbaycanda tələbə və ali təhsil müəssisələri üçün akademik yük azaldılacaq

Yeni dərs ilindən Azərbaycanda tələbə və ali təhsil müəssisələri üçün akademik yük azaldılacaq

Yeni dərs ilindən Azərbaycanda tələbə və ali təhsil müəssisələri üçün akademik yük azaldılacaq

“Bu ildən xüsusi diqqət yetirdiyimiz və yeni tədris ilindən tətbiq olunacaq əhəmiyyətli dəyişiklərdən biri yeni dərs ilində akademik saatların yenidən bölgüsü ilə bağlıdır”.

 

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, burada iki böyük mövzu var.

 

Onun sözlərinə görə, birincisi ümumilikdə akademik saatların sayına yenidən baxılması ilə bağlıdır: “Tətbiq edilən yanaşmaya əsasən burada uyğunlaşma baş verməlidir. Bu da tələbə və ali təhsil müəssisələri üçün akademik yükün azaldılmasını nəzərdə tutur. İkinci istiqamət isə ali təhsildə ixtisas fənləri ilə qeyri-ixtisas fənləri arasında akademik saatların bölgüsüdür. Burada da təkmilləşmələr həyata keçirilir. Çox sadə dillə desək, aparıcı təhsil sistemləri ilə bizim ali təhsil müəssisələrini müqayisə etdikdə, görərik ki, əgər Azərbaycanda orta tədris yükü semestr vaxtı 5-6 fənn və ya müvafiq kredit saatı təşkil edirsə, model kimi götürülən təhlil sistemi və universitetlərdə bu fənlərin akademik saatlarının sayı daha azdır. Amma həmin fənlərin tədrisi daha dərin həyata keçirilir. Bu da nəticə etibarilə mütəxəssislərin, məzunların bilik və savad keyfiyyətlərinə, nəticəyə təsir göstərir. Amma təbii olaraq burada söhbət hansısa formal yanaşmalardan getməməlidir. Burada həmçinin tədrisin məzmunu ana prinsip kimi tutulmalıdır. Tədrisin formallığından onun məzmunun keyfiyyətinin artırılmasına keçidi təmin etməliyik. Hazırda bu istiqamətdə işlər həyata keçirilir”.

 

 

Apa.az