Yaz-yay mövsümündə 1062 nəfər əlilliyi olan şəxsi istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərib

Posted by

Yaz-yay mövsümündə 1062 nəfər əlilliyi olan şəxsi istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndəribYaz-yay mövsümündə 1062 nəfər əlilliyi olan şəxsi istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərib

Yaz-yay mövsümündə 1062 nəfər əlilliyi olan şəxsi istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb. Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verib.

 

Qeyd edək ki, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulan əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri uğurla həyata keçirilib.

 

Məlumata görə, proqrama əsasən, cari ilin yaz-yay mövsümündə 1062 nəfər bu kateqoriyadan olan şəxs ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərilib.

 

İstirahət müddətində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil edilib.

 

Trend.az