Yasamal və Suraxanı rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verili

Posted by

Yasamal və Suraxanı rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə veriliYasamal və Suraxanı rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verilib

Yasamal və Suraxanı rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verili

Dekabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayonu üzrə 1 saylı və Suraxanı rayonu üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) üçün yeni inzibati binaların açılışı olub.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, qurumun bütün fəaliyyət sahələrində olduğu kimi, tibbi-sosial ekspertiza xidməti sahəsində də əhaliyə xidmətin təkmilləşdirilməsi işləri aparılır.

 

N. Məmmədov qeyd edib ki, əvvəllər TSEK-lər özlərinin daimi inzibati binaları olmadığından müxtəlif ünvanlarda, ayrı-ayrı qurumların balansında olan binalarda pərakəndə şəkildə yerləşərək, qeyri-münasib şəraitdə fəaliyyət göstərirdilər: “Həmçinin müasir ekspertiza avadanlıqlarına ehtiyacları vardı. Bu da vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında, komissiyanın normal fəaliyyətində, ekspertiza müayinələrinin aparılmasında çətinliklər yaradırdı. Artıq bu çətinliklər aradan qaldırılır və aparılan müvafiq işlər nəticəsində TSEK-lər nazirliyin müvafiq bölgələr üzrə yerli strukturlarının fəaliyyət göstərdiyi yeni inzibati binalarda müasir iş şəraiti, ekspertiza cihazları, məişət avadanlıqları ilə təmin olunurlar. Son bir neçə ayda artıq nazirliyin bugünkü komissiyalar da daxil olmaqla 12 bölgə üzrə TSEK-i yeni inzibati binada müasir iş şəraiti ilə təmin edilib. Qısa müddətdə bütün TSEK-lərin belə iş şəraiti ilə təmin olunmaları həyata keçiriləcək”.

 

Nazir müavini tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılmasından, yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən də söz açıb. O, qeyd edib ki, yeni sistem əlillik müayinələrinin aparılmasına, eləcə də aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyatı qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təminatına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.

 

Tədbirlərdə TSEK-lərin yeni iş şəraitləri və müayinə avadanlıqlarına baxış olub, komissiyaların kollektivlərinə müvafiq TAPşırıqlar verilib.

 

 

Apa.az