Yanvar-may aylarında 432 min manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən ödənilməsi təmin edilib

Posted by

Yanvar-may aylarında 432 min manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən ödənilməsi təmin edilibYanvar-may aylarında 432 min manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən ödənilməsi təmin edilib

Yanvar-may aylarında 432 min manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işçilərə əmək haqları və digər sosial xarakterli ödənişlərin vaxtlı-vaxtında ödənilməsinə də xüsusi diqqət yetirir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin may ayında nəzarət tədbirləri və vətəndaş müraciətlərinin araşdırılması zamanı əsasən sahibkarlıq subyektlərində olmaqla, ümumilikdə 54467 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib. Xidmət tərəfindən görülən tədbirlər nəticəsində qeyd olunan vəsaitin, o cümlədən 52713 manat həcmində əmək haqqının, 682 manat həcmində zərərə görə ödəncin, 1072 manat həcmində sosial müavinət və kompensasiyaların işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

 

Ümumilikdə cari ilin yanvar-may aylarında DƏMX işəgötürənlər tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,03 dəfə çox, yəni 432146 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu vəsaitin 93,06%-ni (402181 manat) əmək haqları, qalan hissəsini zərərə görə ödənc, sosial müavinət və kompensasiyalar təşkil edib.

 

Apa.az