Yanvar-iyul aylarında 16 min 140 nəfərə yaxın işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib

Posted by

Yanvar-iyul aylarında 16 min 140 nəfərə yaxın işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilibYanvar-iyul aylarında 16 min 140 nəfərə yaxın işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib

Yanvar-iyul aylarında 16 min 140 nəfərə yaxın işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) cari ilin yanvar-iyul aylarında 16 min 138 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlə təmin edib.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 445 nəfəri kvota üzrə müəyyən edilmiş iş yerləri ilə təmin olunublar. Bu dövrdə DMX tərəfindən 1903 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər.

 

Həmin şəxslərin 1159 nəfəri Xidmətin Bakı, Naxçıvan və Göyçay şəhərlərindəki Regional Peşə Tədris Mərkəzlərində, digərləri ayrı-ayrı müvafiq tədris bazalarında peşə təlimi keçib. Xidmətin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etdiyi şəxslərdən 200 nəfərə yaxını əlilliyi olan insanlardan, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən, internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərdən ibarət olub.

 

Qeyd olunanlarla yanaşı, yanvar-iyul aylarında DMX tərəfindən 760 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 60860 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

 

AZƏRTAC