Yanğın və su hövzələrində insanların təhlükəsizliyi ilə bağlı mühüm işlər görülüb

Posted by

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü münasibətilə dekabrın 16-da Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

AzərTAc xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov əvvəlcə peşə bayramı münasibətilə FHN-in əməkdaşlarını təbrik edib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə mühüm nailiyyətlər əldə olunub. FHN-in fəaliyyət göstərdiyi doqquz il ərzində fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görülüb.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından FHN-in rayon ərazisində fəaliyyət göstərən müvafiq qurumlarının əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

AzərTac.az