Xəzəryanı ölkələrin XİN rəhbərləri bir araya gələcəklər
Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri sentyabrın 28-də Həştərxanda Xəzər sammitinin siyasi bəyanatının tam hazırlanması üçün bir araya gləcəklər.
Trend-in məlumatına görə, bunu cümə günü RİA Novosti-yə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.
Y.Uşakov qeyd edib ki, siyasi bəyanat tam hazır vəziyyətdə deyil: “XİN rəhbərləri bəyanatın mətnini işləyib hazırlaycaqlar”.
Trend.az