Xəzər parlamentlərarası assambleyası yaradıla bilər
Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) nümayəndələri avqustun 12-də Həştərxanda Xəzər parlamentlərarası assambleyasının yaradılmasını müzakirə edəcəklər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Təmiz dənizlər” beynəlxalq ekoloji fondunun rəhbəri Vasili Boqoslovski deyib.
Onun sözlərinə görə, parlamentlərarası assambleyanın yaradılması ideyası təqdim olunacaq, müvafiq təkliflər Xəzəryanı ölkələrin parlament nümayəndə heyətlərinə veriləcək: “Assambleyanın əsas məqsədi komissiya səviyyəsində nail ola bilmədiyimiz mürəkkəb məsələlərin üzərində daimi işləməkdir”.
Qeyd edək ki, hər il avqustun 12-də Xəzər Günü qeyd edilir.
Trend.az