Xorvatiyanın birinci xanımı Azərbaycanın stendini ziyarət edib

Posted by

Xorvatiyanın birinci xanımı Azərbaycanın stendini ziyarət edibXorvatiyanın birinci xanımı Azərbaycanın stendini ziyarət edib

Xorvatiyanın birinci xanımı Azərbaycanın stendini ziyarət edib

Azərbaycanın Xorvatiyadakı səfirliyi Zaqreb şəhərində hər il ənənəvi olaraq təşkil edilən “İllik xeyriyyə yarmarkası”nda iştirak edib.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Xorvatiyada akkreditə olunmuş diplomatik nümayəndəliklər, diaspor təşkilatları, qeyri-hökumət təşkilatları, yerli və xarici şirkətlər, hökumət nümayəndələri və Xorvatiya ictimaiyyəti iştirak edib.

 

Xorvatiyanın birinci xanımı Tatyana Yosipoviçin himayəsi ilə Zaqreb Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan yarmarkada ölkəmiz üçün ayrılan stenddə xalça, kəlağayı, milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenirlər və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumat verilib, Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab, jurnal və xəritələr, eləcə də digər vəsaitlər iştirakçılara paylanıb.

 

Hər il olduğu kimi, bu il də Xorvatiyanın birinci xanımı T.Yosipoviç Azərbaycanın stendini ziyarət edib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

 

Qeyd edək ki, “İllik xeyriyyə yarmarkası”nın keçirilməsinin məqsədi uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələrin verilməsi və ölkələr tərəfindən öz mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsidir. 3000-dən çox qonağın qatıldığı tədbirdə Azərbaycanın stendi ən çox ziyarət olunan stendlərdən biri olub.

 

Trend/az