Xorvatiyanın Baş nazirinin birinci müavini Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Posted by

Xorvatiyanın Baş nazirinin birinci müavini Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib Xorvatiyanın Baş nazirinin birinci müavini Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Xorvatiyanın Baş nazirinin birinci müavini Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Xorvatiyanın Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

 

AzərTac.az