Xorvatiyada 28 may – Respublika Günü qeyd edilmişdir

Posted by

Xorvatiyada 28 may - Respublika Günü qeyd edilmişdir

Xorvatiyada 28 may – Respublika Günü qeyd edilmişdir

Xorvatiyada 28 may - Respublika Günü qeyd edilmişdir

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Xorvatiyanın dövlət və hökumət nümayəndələri, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun üzvləri və ölkə ictimaiyyətinin tanınmış simaları iştirak etmişlər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Kamil Xasiyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, respublikada bütün sahələrdə həyata keçirilmiş islahatlar və quruculuq işlərindən, ölkənin xarici siyasət prioritetləri və iqtisadi göstəricilərindən, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji layihələrindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışmışdır.

Tədbirdə qonaqlara səfirlik tərəfindən xorvat dilinə tərcümə olunmuş, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar, ölkəmizin mədəniyyətindən, turizm imkanlarından bəhs edən bukletlər, “IRS-Heritage” jurnalları hədiyyə edilmiş, müasir Azərbaycanın görüntülərindən ibarət videoçarx nümayiş etdirilmişdir.

Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilmişdir.

 

AzərTac.az