“Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfrans keçirilmişdir

Posted by

Fevralın 21-də Bakıda, Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfrans keçirilmişdir.

Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Türkiyə, Ukrayna, İsrail, Belarus və digər ölkələrdən qonaqlar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayondakı abidəsinin önünə gül dəstələri düzmüşlər.

Sonra onlar Lökbatan qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı ilə bağlı sərgiyə baxmışlar.

Daha sonra Xocalı ilə bağlı film nümayiş etdirilmişdir.

Konfransı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açmışdır.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq məqsədyönlü şəkildə həyata keçirdikləri siyasətin ən faciəli səhifəsidir.

1998-ci ildə Prezident Heydər Əliyevin Fərmanı ilə 31 martın azərbaycanlıların Soyqırımı günü elan edildiyini bildirən Əli Həsənov demişdir: “Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımılarından ən dəhşətlisi 1992-ci il fevralın 26-da Xocalıda baş vermişdir. Bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən tanınmışdır. Təkcə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını tanıması o deməkdir ki, təşkilata üzv olan 56 ölkə də bu faciəni soyqırımı kimi qəbul edir”.

Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, bu hadisə ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti vardır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, belə faciələrin gələcəkdə təkrarlanmaması və onu törədənlərin bəşəriyyətin yaddaşında əbədi həkk olunması üçün soyqırımı ilə bağlı reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı və qiymətləndirilməlidir.

Digər çıxışlardan sonra beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

AzərTac.az