Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkələrdə Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Posted by

Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkələrdə Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkələrdə Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkələrdə Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir sıra ölkələrində Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dünya ictimaiyyətinin diqqətini ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımına yönəlmək məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlər, aksiyalar qətliamın 22-ci ildönümü ərəfəsində daha da aktivləşib. Avstraliyadan Amerika Birləşmiş Ştatlarınadək dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliamın qurbanlarının xatirəsini anır, müxtəlif tədbir və aksiyalarla erməni vəhşiliklərini yaşadıqları ölkənin ictimaiyyətinə və xalqına çatdırmağa çalışır.

Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması və qəbul etdirilməsi istiqamətində Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Almaniya, Finlandiya, Danimarka, Nerdland, İsveç, Belçika, Fransa, Litva, Latviya, Estoniya, Çexiya, Macarıstan, Rumıniya, Polşa, Moldova, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Misir, İsrail, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə yürüş, mitinq, fotosərgi, elmi konfrans, debat, xatirə gecəsi kimi tədbirlər keçirilir.

ABŞ-ın Nyu York şəhərində BMT-nin mənzil qərargahı qarşısında etiraz aksiyası, Vaşinqtonda isə yürüş və Ermənistan səfirliyinin önündə mitiniqin keçirilməsi, Hyuston, Los-Anceles, San-Fransisko və digər şəhərlərdə isə fotosərgi, elmi konfrans, dəyirmi masa, anım mərasimlərinin təşkili nəzərdə tutulub.

20-ci əsrin insanlıqdan uzaq cinayəti – Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri Kanadanın Toronto, Monreal, Edmonton, Vankuver, London, Kalqari şəhərlərində də təşkil ediləcək. Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə şəhər ətrafında yürüş keçiriləcək. Edmontonda isə yerli qanunverici orqanlara müraciətlərin göndərilməsi nəzərdə tutulub.

Almaniyada Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş genişmiqyaslı aksiyaların keçirilməsi planlaşdırılıb. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden, Potsdam, Nürnberq, Bielfeld, Reqnsburq və digər şəhərlərdə anım mərasimləri, fotosərgi, konfrans və etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur.

Maqdeburq şəhərində Xocalı soyqırımına həsr olunmuş avtomobil yürüşünün təşkili, həmçinin Maqdeburq şəhər televiziya kanalında “Xocalı” kitabının müəllifi Rolf Kunşun və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Nifətliyevin çıxışı, Xocalı soyqırımını əks etdirən filmin nümayişi planlaşdırılır. Berlin və Köln şəhərlərində isə hər birində iki gün olmaqla Xocalı faciəsinin canlı şahidi Səriyyə Cəfərova ilə görüş keçiriləcək, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində toplanmış imzalar Bundestaqa göndəriləcək. Drezdendə isə şəhər və şəhərətrafı avtobusların monitorlarında Xocalı soyqırımını əks etdirən kadrların nümayişi, Saksoniya kütləvi informasiya vasitələrində soyqırım materiallarının dərci nəzərdə tutulub.

Fevralın 22-də Bielfeld şəhərinin mərkəzindən “Janplatze” meydanına qədər yürüş-mitinq, fevralın 26-da isə Berlində Brandenburq qapıları önündə etiraz aksiyasının keçiriləcək.

Xocalı faciəsinin 22-ci ildönümü günündə Ermənistanın Belçikadakı səfirliyi qarşısında, Parisdə “Saint Michel” meydanında nümayiş keçiriləcək. Həmin gün Ankarada Azərbaycan diaspor nümayəndələrinin Türkiyə Böyük Millət Məclisində görüşləri nəzərdə tutulub. Türkiyənin Adana, İzmir, İstanbul və digər şəhərlərində isə soyqırıma həsr olunmuş tədbirlər baş tutacaq.

 

Trend.az