XİN: Sudan parlamentinin qərarında Xocalı qurbanları və onların qohumlarının təzminat almaq hüququ da tanınır

Posted by

XİN: Sudan parlamentinin qərarında Xocalı qurbanları və onların qohumlarının təzminat almaq hüququ da tanınırXİN: Sudan parlamentinin qərarında Xocalı qurbanları və onların qohumlarının təzminat almaq hüququ da tanınır

XİN: Sudan parlamentinin qərarında Xocalı qurbanları və onların qohumlarının təzminat almaq hüququ da tanınır

2014-cü ilin 1 sentyabr tarixində Sudan Respublikasının Milli Assembleyasının Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilmiş sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan tərəfindən törədilmiş qətliam soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənəddə Xocalıda mülki insanların öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad olunaraq, Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək ifadə olunaraq, güc tətbiq etmək yolu ilə ərazi əldə edilməsinin BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu bir daha vurğulanır.

Sənəddə Xocalı qurbanlarının və onların qohumlarının onlara vurulmuş mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır.

 

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək.

 

Trend.az