XİN: Ceyms Uorlik Minsk qrupunun sənədlərini daha yaxşı oxumalıdır

Posted by

XİN: Ceyms Uorlik Minsk qrupunun sənədlərini daha yaxşı oxumalıdır

 

XİN: Ceyms Uorlik Minsk qrupunun sənədlərini daha yaxşı oxumalıdır

XİN: Ceyms Uorlik Minsk qrupunun sənədlərini daha yaxşı oxumalıdır

 

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Minsk Qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli və daha sonra əsaslı mübahisəyə girməlidir. İkincisi, bu cür bəyanatının siyasi qərəzli əhəmiyyətini görmək olar. O mənada ki Ceyms Uorlik Ermənistana təsəlli vermək üçün bu bəyanatı verib. Çünki Ermənistanın siyasi mövqeləşdirilməsində əsas element odur ki, Dağlıq Qarabağ separaçı rejimini hansısa “dövlət vahidi” kimi təqdim etsinlər”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov Ceyms Uorlikin “Twitter”-dəki münaqişənin Azərbaycan və Dağlıq Qarabağ arasında olmasına dair şərhinə münasibət bildirərkən deyib.

 

A.Əzimovun sözlərinə görə, onlar nahaq yerə fikirləşirlər ki, əgər münaqişənin tərəfi olaraq qəbul edilsələr, ondan sonrakı mərhələdə münaqişənin həll edilməsi ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya bunu edərkən hansısa beynəlxalq hüquq çərçivəsində subyektivliyə nail olacaqlar. Bu da heç düzgün deyil: “Aydındır ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir. Həm də aydındır ki, 30 minlik kiçik bir etnik qrupun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquq və əsas yaratmır və vermir. Nəhayət, Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib və təsdiqləyib. Әlbəttə ki, onların gələcəyində hansısa məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq”.

 

XİN müavini bildirib ki, münaqişənin həllində mərhələlər var: “Hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparmaqdadır. Ermənistanın guya Qarabağdakı ermənilərin təhlükəsizliyindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri isə məncə ciddi qurulmayıb və ciddi örtülməyib, çox yaxşı görünən bir faktdır. Beləliklə, Ermənistanın bu iddialarına və ona təsəlli verməyə çalışan C.Uolikin sözlərinə ciddi baxmayın. Bir də nəhayət C.Uorlik Minsk qrupunun həmsədridirsə, Minsk qrupunun mandatını və konfransının quruluşunu yaxşı bilməlidir. Konfransın quruluşuna görə, Dağlıq Qarabağdan olan əhalinin nümayəndələri maraqlı tərəf kimi iştirak etməlidir. Bu həm azərbaycanlılara, həm də ermənilələrə aiddir”.

 

A.Əzimov qeyd edib ki, Azərbaycan bu formatdan heç vaxt boyun qaçırmayıb. Növbəti mərhələdə işğal bitəndən sonra həmin bu tərkib yığışacaqdır və Dağlıq Qarabağdakı məsələləri həll etmək üçün həm azərbaycanlıların, həm də ermənilərin iştirakı ilə müzakirələr aparılacaqdır.

 

Trend.az