Xaçmazda Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi gününə həsr olunmuş konfrans keçirilib

Posted by

Xaçmazda Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi gününə həsr olunmuş konfrans keçirilib

Xaçmazda Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi gününə həsr olunmuş konfrans keçirilib

Xaçmazda Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi gününə həsr olunmuş konfrans keçirilib

Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi gününə həsr olunmuş konfrans keçirilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, eləcə də 300-ə yaxın sahibkar və istehlakçı iştirak edib.

 

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının qorunmasının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib

 

Qeyd edilib ki, dövlət başçısının daim diqqətdə saxladığı məsələlərdən olan istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması son illər qarşıda duran başlıca vəzifələrdəndir. Zahid İsayev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd edib, Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə 2013-cü ildə Bakıda və regionlarda 13 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 11 seminar keçirilib, sahibkarlara və istehlakçılara 22 adda 240 mindən artıq buklet və yaddaş kitabçaları paylanılıb. Bu sahədə tədbirlər hazırda da davam etdirilir.

 

İstehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən ötən il həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton ərzaq malları, 1,7 ton qeyri-ərzaq malları dövriyyədən çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində qanunvericilikdə müəyyənləşdirilmiş tədbirlər görülüb.

 

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Bəxtiyar Haqverdiyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və digərləri istehlakçı hüquqlarının qorunmasında maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulayıblar.

 

Tədbirin sonunda iştirakçılara müxtəlif broşürlar və yaddaş kitabçaları paylanılıb.

 

Apa.az