Xaçmazda Mədəniyyət və turizm şöbəsinin yeni binası istifadəyə verilib

Posted by

Xaçmazda Mədəniyyət və turizm şöbəsinin yeni binası istifadəyə verilibXaçmazda Mədəniyyət və turizm şöbəsinin yeni binası istifadəyə verilib

Xaçmazda Mədəniyyət və turizm şöbəsinin yeni binası istifadəyə verilib

Bu gün Xaçmazda Mədəniyyət və turizm şöbəsi üçün inşa edilən yeni inzibati binanın açılışı olub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayev və rayon ictimaiyyətinin nümayənədləri iştirak ediblər.

 

İkimərtəbəli binanın ümumi sahəsi 220 kv.m təşkil edir. Binanın birinci mərtəbəsində foye və iş otaqları yerləşir. İkinci mərtəbədə isə iclas və konfrans zalları yer alıb.

 

Bina müasir istilik sistemi ilə təchiz edilib. Bunun üçün tikilinin həyətində qazanxana inşa olunub. Binanı inşasında milli ornametlərdən istifadə edilib. Dam örtüyü gümbəz formasında inşa olunub.

 

Apa.az