www.icazeler.gov.az portalının xidmətlərindən 252 mindən çox istifadəçi yararlanıb

Posted by

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən mart ayında 8 minə yaxın, indiyədək isə 252 mindən çox internet istifadəçisi yararlanmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mart ayında portalın istifadəçiləri arasında 43 ölkədən – Yaponiya, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Qazaxıstan, Litva, Qətər, Braziliya, İsveçrə, İtaliya, Filippin, Meksika, Çexiya, Hindistan, Kanada, Malayziya, İspaniya və s. ölkələrdən olan istifadəçilər də vardır.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Mart ayında 4 olmaqla, indiyədək 18 dövlət qurumunun 136 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilmişdir.

Trend.az