Vyetnamda ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Posted by

Azərbaycanın Vyetnamdakı səfirliyi dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar xeyriyyə aksiyası keçirib.

Aksiya çərçivəsində səfirliyin əməkdaşları paytaxt Hanoy şəhərində yerləşən “Peace Village” fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində olublar. Səfirliyin adından 130 nəfərdən artıq 1-18 yaş arası uşağa müxtəlif oyuncaqlar hədiyyə olunub və şirniyyatlar paylanılıb.

Məktəbin direktoru Nquyen Thi Thanh Phuonq Azərbaycanın Vyetnamdakı səfirliyinin xoşməramlı aksiyasının valideyn himayəsindən məhrum olmuş, həmçinin fiziki qüsurlu uşaqlar üçün böyük dəstək olduğunu vurğulayıb və təşəkkürünü bildirib.

AzərTac.az