“Vyetnam qadını” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri” sərlövhəli məqalə dərc edilib

Posted by

"Vyetnam qadını" jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş "2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri" sərlövhəli məqalə dərc edilib

“Vyetnam qadını” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri” sərlövhəli məqalə dərc edilib

"Vyetnam qadını" jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş "2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri" sərlövhəli məqalə dərc edilib

Vyetnamın 15 milyondan çox üzvü olan Qadınlar Birliyinin mətbu orqanı “Vyetnam qadını” jurnalının iyun buraxılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri” sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə bu il mayın 18-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyevanın bu ölkəyə gəlməsi yerli kütləvi informasiya vasitələri ilə yanaşı, sadə vyetnamlıların da böyük marağına səbəb olduğu vurğulanmışdır.

Dünyanın 135 ölkəsinə yayılan jurnaldakı məqalədə Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolundan geniş bəhs olunmuşdur. Bildirilmişdir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, onun təşəbbüsü ilə təsis edilmiş və bir neçə xarici dildə nəşr olunan “İrs” jurnalı Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına böyük töhfələr verir. Azərbaycanın xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Yazıda Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirləri haqqında məlumatlar da yer almışdır. Həmçinin Mehriban Əliyevanın Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətindən də bəhs olunmuşdur.

Qeyd edilmişdir ki, Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görülmüş, müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş ictimai rəy sorğularında bir neçə dəfə ilin ən nüfuzlu xanımı seçilmişdir.

 

Trend/az