Vyanada insan alveri ilə mübarizə üsulları araşdırılacaq

Posted by

Vyanada insan alveri ilə mübarizə üsulları araşdırılacaqVyanada insan alveri ilə mübarizə üsulları araşdırılacaq

Vyanada insan alveri ilə mübarizə üsulları araşdırılacaq

Azərbaycan və Avstriya arasında məişət zorakılığının qarşısının alınması sahəsində təcrübə mübadiləsi aparılması məqsədilə Vyanada təşkil ediləcək seminarda insan alverinə qarşı mübarizə üsulları, bu sahədə xüsusi mexanizmlərin yaradılması məsələləri müzakirə ediləcək. Həmçinin məişət zorakılığının qarşısının alınması və qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılacaq.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, seminar “Məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasına dəstək” layihəsi çərçivəsində keçiriləcək.

Deputat Sahibə Qafarova seminarda iştirak etmək üçün noyabrın 2-dən 8-dək Vyanada səfərdə olacaq.

 

AzərTac.az