Vyanada ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclası keçirilib

Posted by

Vyanada ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclası keçirilib  Vyanada ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclası keçirilib

Vyanada ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclası keçirilib

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov aprelin 21-də ATƏT-in İnsan Ölçüsü Komitəsinin Vyanada keçirilən iclasında iştirak edib.

 

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, müxtəlif dövlətlərin təmsil olunduğu iclasda E.Nəcəfov “Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat edib.

 

E.Nəcəfov təqdimatında konkret faktlara əsaslanaraq, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğunu, tarixən xalqımızın yaşam tərzi olmuş multikulturalizmin bu gün respublikamızda dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb.

 

İclasda Dövlət müşaviri xidmətinin əməkdaşı ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da dərinləşməsi və inkişafı məqsədilə görülən işlərdən, Azərbaycanda mövcud olan multikultural cəmiyyətdən, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən ətraflı bəhs edib. O, Prezident İlham Əliyevin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını, bunun nəticəsi olaraq ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradıldığını qeyd edib.

 

E.Nəcəfov, dövlətimizin başçısının Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədinin tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin, habelə mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarət olduğunu bildirib.

 

AzərTac.az