Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində yaradılmış şərait Avropa Şurasının baş katibi Torbyorn Yaqlandda böyük maraq doğurmuşdur

Posted by

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində yaradılmış şərait Avropa Şurasının baş katibi Torbyorn Yaqlandda böyük maraq doğurmuşdur

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində yaradılmış şərait Avropa Şurasının baş katibi Torbyorn Yaqlandda böyük maraq doğurmuşdur

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində yaradılmış şərait Avropa Şurasının baş katibi Torbyorn Yaqlandda böyük maraq doğurmuşdur

 

Avropa Şurasının baş katibi Torbyorn Yaqland mayın 20-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində olmuşdur.

Agentliyin sədri İnam Kərimov Avropa Şurasının baş katibinə məlumat vermişdir ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində müvafiq hüquqi baza formalaşdırılmış, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atdı. Prezidentin Fərmanı ilə “ASAN xidmət” mərkəzləri yaradıldı.

Qeyd edilmişdir ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlara uyğun quran və inkişaf etdirən dövlət orqanı qismində “Vahid məkan” prinsipinə əsaslanan qurumlardandır.

Diqqətə çatdırılmışdır ki, “ASAN xidmət” mərkəzlərində 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilmişdir. Bütün bunlar dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Bildirilmişdir ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, uğurlu model olaraq digər ölkələrdə də tətbiqi təşviq edilməkdədir. Bu istiqamət müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas prinsiplərindən birini təşkil edir. Geniş marağın nəticəsidir ki, “ASAN xidmət” İSO 9001:2008 standartı üzrə keyfiyyətin idarə olunması ilə bağlı beynəlxalq dərəcəli sertifikata layiq görülmüşdür.

Torbyorn Yaqlanda “ASAN 2” konsepsiyası, “ASAN ödəniş” portalı, ASAN Mobil Proqramın tətbiqi, “HELP POİNT” avadanlığı, GPS Elektron Nəzarət Sisteminin layihəsi, həmçinin gələcəkdə tətbiqi nəzərdə tutulan “co-working”, “car sharing”, “Asan müraciət-konseptual layihə” və digər yeniliklər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, dövlət xidmətlərinin göstərilməsi zamanı “ASAN 2” konsepsiyasının tətbiqi ilə yeni mərhələyə başlanılacaqdır. Xidmətlər elektronlaşdırılacaq və daha əlçatan olacaqdır. Məmur və vətəndaş arasında təmas və dialoqun minimallaşdırılması məqsədilə “ASAN xidmət” mərkəzlərindəki özünəxidmət köşkləri mühüm rol oynayacaqdır. Bunun üçün köşklər biometrik məlumatların götürülməsi, nağd və plastik kartlar vasitəsilə ödənişlərin aparılması imkanı ilə təmin ediləcəkdir. Bu konsepsiyada daha bir yenilik “ASAN xidmət” binalarının müasir texnologiyaların tətbiqi sayəsində özünü enerji ilə təmin edən funksiyalara malik olmasıdır. Quraşdırılan günəş panelləri binanı elektrik enerjisi ilə təmin edəcəkdir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində yaradılmış şərait Avropa Şurasının baş katibi Torbyorn Yaqlandda böyük maraq doğurmuşdur.

 

AzərTac.az