Veteranlar gənclərin həyat örnəyidir

Posted by

Veteranlar gənclərin həyat örnəyidir

 

Veteranlar gənclərin həyat örnəyidir

Veteranlar gənclərin həyat örnəyidir

 

Bu gün YAP Gəncə şəhər Təşkilatı Qərargahında veteranlarla gənclərin görüşü keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, AMEA – nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, Veteranlar Şurasının sədri Yusif Məmmədov, ağsaqqallar və gənclər iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev tədbirin keçirilməsinin əsas mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb. Şəhərimizin şərəfli tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, həyat və fəaliyyətləri örnək olan veteranların dəyərli tövsiyələrinin gələcəyimiz olan gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AMEA-nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, Veteranlar Şurasının sədri Yusif Məmmədov belə görüşlərin, tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər və davamlı olmasını arzu ediblər.

Çıxış edən veteranlar-Məmmədəli Balayev, Əli Quliyev, Kərim Həsənov, Adil Ramazanov, Yunis Nurməmmədov və başqaları öz xatirələrini danışıblar, gənclərə dəyərli tövsiyələr veriblər.

YAP Gəncə şəhər Təşkilatının qocaman üzvlərindən olan Veteranlar Şurasının üzvü Sabir Əsgər oğlu Rüstəmovun anadan olmasının 80 illik yubileyinin qeyd olunması tədbirin maraqlı məqamlarından olub.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev və İdarə Heyətinin üzvü Fuad Əliyev partiya veteranı Sabir Əsgər oğlu Rüstəmovu yubiley münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıblar.

Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.

 

Trend.az