Vergilər naziri Fazil Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Posted by

Vergilər naziri Fazil Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Vergilər naziri Fazil Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Vergilər naziri Fazil Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Vergilər naziri Fazil Məmmədov tərəfindən Xaçmaz şəhərindəki vergi ödəyicilərinə xidmət mərkəzində Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dək vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Trend.az