Vayra Vike-Frayberqa: Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır

Posted by

Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır.

AzərTAc xəbər verir ki, bu sözləri Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti Vayra Vike-Frayberqa aprelin 29-da Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunlarına dair mətbuat konfransında söyləmişdir.

Vayra Vike-Frayberqa bildirmişdir ki, beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinin tələbinə görə Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır: “Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri vardır. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi məsələ ilə yaxından məşğul olur. Ona görə də açıq deyirəm: İstədikləri formatdan – istər ikilik, istər üçlük, istər dördlük formatından istifadə etsinlər, amma bu münaqişə həll olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, bizim dövlətin də mövqeyidir. Mən Prezident olanda da bu mövqedə olmuşam və təəssüf ki, hələ də bu problem davam edir”.

AzərTac.az