Varşavanın Müstəqillik Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Posted by

Varşavanın Müstəqillik Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Varşavanın Müstəqillik Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Varşavanın Müstəqillik Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Varşavanın Müstəqillik Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Azərbaycan müstəqillik yolunda” adlı tədbir keçirilib.

 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Polşa ali təhsil ocaqlarının müəllim və tələbə heyəti, müxtəlif yerli və beynəlxalq təşkilatların, yerli dini icmaların nümayəndələri, jurnalistlər, diplomatik korpusun təmsilçiləri, o cümlədən səfirlər, iş adamları, Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Polşada təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxışında Azərbaycanın tarixi, Azərbaycan xalqının müstəqillik yolunda verdiyi qurbanlar, üzləşdiyi haqsızlıqlar, Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətindən ətraflı söhbət açıb.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova, jurnalist Yatsek Patotski, müstəqil politoloq və jurnalist Bartoş Mendik Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın xarici siyasəti, ölkəmizin iqtisadi və siyasi inkişafı və müstəqillik yolu haqda çıxış ediblər.

 

Tədbir Xocalı faciəsinin əks olunduğu sərgiyə baxışla davam edib. Azərbaycan həqiqətlərini əks etdirən və Azərbaycanı təbliğ edən polyak dilində səfirlik tərəfindən nəşr olunan kitablar və açıqcalar iştirakçılara təqdim olunub. Həmçinin Varşava və Vrotslav şəhərlərində təhsil alan azərbaycanlı tələbələr şəhər mərkəzlərində Xocalı faciəsini əks etdirən foto və məlumat kitabçalarını yayıb, stend quraşdırıblar. Şəhər sakinlərinə Xocalı soyqırımı haqqında məlumat verərək, tariximizlə bağlı suallarını cavablandırıblar.

 

Apa.az