Varşavada keçirilən sessiyada Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

Posted by

Varşavada keçirilən sessiyada Azərbaycandakı tolerantlıq mühitindən danışılıbVarşavada keçirilən sessiyada Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

Varşavada keçirilən sessiyada Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

Polşanın paytaxtı Varşavada ATƏT-in insan ölçüsünə həsr olunan iclas çərçivəsində keçirilən “Milli azlıqlara mənsub olan şəxslərin hüquqları” mövzusunda sessiyada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı, professor Etibar Nəcəfov çıxış edib.

Dövlət müşavirliyi xidmətindən AzərTAc-a bildiriblər ki, E. Nəcəfov çıxışında Azərbaycanın tarixən tolerant ölkə olduğunu, burada milli azlıqlara mənsub xalqların hüquqlarının dövlət tərəfindən hər zaman müdafiə edildiyini deyib. O, tarixə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərkibində rus, yəhudi, erməni və digər milli azlıqların nümayəndələrinin hətta nazir vəzifəsində çalışdığını bildirib.

E.Nəcəfov müasir dövrdə Qərbi Avropa ölkələrinin multikulturalizmdən imtina etdiyi bir zamanda Azərbaycanın multikulturalizmi özünün dövlət siyasəti elan etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının ölkənin hər bir vətəndaşının hüquqları ilə bərabər tutulmasından danışan E.Nəcəfov Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini, bunun nəticəsi olaraq ölkədə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını qeyd edib. Bundan əlavə, o, Azərbaycan dövlətinin multikulturalizm siyasətinin təbliğ və təşviq olunması istiqamətində gördüyü işlər sırasında 2011-ci ildən etibarən hər il Bakıda təşkil edilən Beynəlxalq Humanitar Foruma diqqəti cəlb edib və oktyabrın 2-3-də IV Forumun keçiriləcəyini söyləyib.

 

AzərTac.az