USAID: Azərbaycanın işğal edilmiş əraziləri 2016-cı ilə minalardan təmizlənəcək

Posted by

USAID: Azərbaycanın işğal edilmiş əraziləri 2016-cı ilə minalardan təmizlənəcəkUSAID: Azərbaycanın işğal edilmiş əraziləri 2016-cı ilə minalardan təmizlənəcək

USAID: Azərbaycanın işğal edilmiş əraziləri 2016-cı ilə minalardan təmizlənəcək

Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda müharibədən qalmış minaların zərərsizləşdirilməsi üzrə proqram 2016-cı ilə tam reallaşdırılacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Yerevan ofisinin direktoru Karen Hilliard deyib.

Onun sözlərinə görə, minalardan təmizlənmə ilə məşğul olan “Halo Trust” şirkətinin ayırdğı 5 milyon dollar dəyərindəki qrant çərçivəsində 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcək: “Dağlıq Qarabağda USAID-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir. 2000-ci ildən etibarən 251 sahədə işlər aparılıb, nəticədə təqribən 27 min hektar torpaq sahəsi kənd təsərrüfatı üçün yararlı olub”.

“Halo Trust” Dağlıq Qarabağda fəaliyyəti ərzində 67 mindən çox minanı zərərsizləşdirib.

 

Trend/az