Şura sədri: Xarici donorlar Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar

Posted by

Şura sədri: Xarici donorlar Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar

Şura sədri: Xarici donorlar Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar

Şura sədri: Xarici donorlar Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar

Ötən il QHT- hökumət dialoqunun nəticəsi olaraq xarici donorların qrant verilmə proseduru ölkə prezidenti tərəfindən sadələşdirilib və “vahid pəncərə” sistemi tətbiq edilib. “Vahid pəncərə” sisteminin olması isə o deməkdir ki, bundan sonra xarici donor institutları Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar”.

 

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

 

Onun sözlərinə görə, “vahid pəncərə” sistemi 2017-ci il yanvarın 1-dən rəsmi fəaliyyətə başlayıb: “Artıq bir çox təşkilatlar yenidən beynəlxalq qurumlar və donor təşkilatları ilə öz fəaliyyətlərini bərpa etmək imkanı əldə edəcəklər”.

 

A.Quliyev bildirib ki, əvvəllər qeydiyyat və donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə sənədlərə baxılması üçün 30 günə yaxın vaxt tələb olunurdu. Lakin indi qeydiyyat və donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə sənədlərə baxılması üçün Ədliyyə Nazirliyinə cəmi 1 gün vaxt verilib.

 

Şura sədri əlavə edib ki, “vahid pəncərə” sistemi ilə sənədlər Ədliyyə və Maliyyə nazirliklərinə təqdim ediləcək. Maliyyə Nazirliyi müraciət edən şəxsə iqtisadi və maliyyə vəziyyəti ilə bağlı rəy verəcək: “Əvvəllər iqtisadi maliyyə vəziyyəti ilə bağlı rəyin alınması, eyni zamanda donor kimi fəaliyyət göstərmək üçün qeydiyyata alınma ilə bağlı təkcə donor müraciət edirdisə, indi qeyri-hökumət təşkilatlarına da bu hüquq verilir”.

 

Trend.az