Universal Dövri İcmal insan hüquqları sahəsində yeni mexanizmdir

Posted by

Universal Dövri İcmal insan hüquqları sahəsində yeni mexanizmdir

Universal Dövri İcmal insan hüquqları sahəsində yeni mexanizmdir

 

Universal Dövri İcmal insan hüquqları sahəsində yeni mexanizmdir

Noyabrın 20-də Bakıda BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi çərçivəsində keçirilən “dəyirmi masa”da Azərbaycan Respublikasının II məruzəsinə dair tövsiyələr üzrə gender bərabərliyi və uşaq hüquqları ilə bağlı müzakirələr aparılıb.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən təşkil olunan tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, o cümlədən aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova insan hüquqları sahəsində yeni mexanizm olan Universal Dövri İcmal (UDİ) prosesi barədə məlumat verib.

 

Qeyd olunub ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasına üzv qəbul olunan ilk dövlətlərdəndir. Öhdəliyə görə UDİ mexanizmi üzrə Azərbaycan hökuməti İnsan Hüquqları Şurasına milli hesabat hazırlayır. İlk hesabat 2009-cu ildə, ikinci hesabat isə 2013-cü ildə təqdim olunub. Ümumilikdə, icmal nəticəsində 162 tövsiyə qəbul edilib. Onlardan 26-sı gender bərabərliyinə, 23-ü isə uşaq hüquqları ilə bağlıdır. Ombudsman Aparatının təşkilatçılığı ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları” aylığı keçirilir, paytaxtda və bölgələrdə hüquqi maarifləndirmə tədbirləri təşkil olunur.

 

E.Süleymanova UDİ prosesi çərçivəsində Azərbaycanın dövri məruzələri, həmin məruzələrin strukturu, o cümlədən dövlətin ikinci məruzəsinə dair tövsiyələr üzrə qarşıda duran vəzifələr barədə danışıb. Həmin tövsiyələrin icrası prosesinin ölkəmizdə uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının tərkib hissələrindən biri olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəsi Vladimir Şkolnikov bildirib ki, BMT-nin insan hüquqlarına dair sazişləri arasında Uşaq Hüquqlarına dair Konvensiya xüsusi əhəmiyyət daşıyır. Bu beynəlxalq sənəd bütün dünya səviyyəsində tanınır.

 

Azərbaycan Ombudsmanının bu sahədə fəaliyyətini yüksək qiymətləndirən V. Şkolnikov qeyd edib ki, UDİ insan hüquqlarının təmin olunması istiqamətində vacib proseslərdən biridir. Azərbaycan irəli sürülmüş həmin tövsiyələrin əksər hissəsinin icra olunması istiqamətində ciddi addımlar atıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bu tövsiyələrin tətbiqinə yardım etməkdə maraqlıdır.

 

Sonra Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev Universal Dövri İcmal mexanizmi haqqında geniş məruzə edib.

 

Məlumat verilib ki, Ombudsman təsisatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (tərəfindən Avropanın 10 nüfuzlu ombudsman institutu sırasında “A” statusu ilə akkreditasiya olunub. Bu status Ombudsman təsisatına BMT-nin Saziş qurumlarına, eləcə də İnsan Hüquqları Şurasına hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək və insan hüquqları sahəsində dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri verir.

 

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.

 

Sonra Ombudsmanın təşəbbüsü ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək çap olunmuş “Ədalət mühakiməsinin həyata keçirilməsində insan hüquqları” adlı tədris vəsaitinin təqdimatı olub.

 

AzərTac.az