UNICEF: İçməli su qıtlığından hər gün 1,4 min uşaq ölür

Posted by

UNICEF: İçməli su qıtlığından hər gün 1,4 min uşaq ölür

UNICEF: İçməli su qıtlığından hər gün 1,4 min uşaq ölür

UNICEF: İçməli su qıtlığından hər gün 1,4 min uşaq ölür

İçməli su qıtlığına görə yaranmış infeksiyalar və əlverişsiz sanitar-gigiyenik şərait səbəbindən hər gün dünyada 1,4 min uşaq dünyasını dəyişir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumat görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) bəyanatında deyilir.

Bəyanat hər il martın 22-də qeyd edilən Ümumdünya Su Resursları Günü ilə əlaqədar verilib.

Bəyanatda qeyd olunur ki, hazırda dünyada 768 milyon insan təhlükəsiz içməli sudan məhrum olub. Bu insanların əksəriyyəti ucqar kənd rayonlarında və ya şəhər xarabalıqlarında yaşayırlar. İçməli sudan məhrum olanların üçdə ikisi 10 ölkədə yaşayır. Bunlar Çin (108 milyon), Hindistan (90 milyon), Nigeriya (63 milyon), Efiopiya (43 milyon), İndoneziya (39 milyon), Konqo (37 milyon), Banqladeş (26 milyon), Tanzaniya (23 milyon), Keniya (16 milyon) və Pakistandır (16 milyon).

 

Trend.az