Ulu öndər Heydər Əliyevin xatirəsi Təbrizdə də anılıb

Posted by

Ulu öndər Heydər Əliyevin xatirəsi Təbrizdə də anılıbUlu öndər Heydər Əliyevin xatirəsi Təbrizdə də anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Təbrizdə də anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Azərbaycanın Təbrizdəki baş konsuluğundan Trend-ə verilən məlumata görə, Təbriz şəhərinin “Sultan” restoranında təşkil olunmuş mərasimdə ilk öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun ruhuna müqəddəs Qurani-Kərimdən ayələr bağışlanıb.

 

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin olduğunu bildirib. Əli Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycanın bərpa etdiyi müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, həmin dövrdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanıldığını, onun müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb.

 

Baş konsul, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin Heydər Əliyev siyasətinin nəticələri olduğunu qeyd etmiş, hazırda da bu müdrik siyasətin ölkə rəhbərimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Mərasimdə həmçinin, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film və videoçarx nümayiş etdirilib, ehsan süfrəsi açılıb.

 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Numayəndəliyinin rəhbəri, Təbriz şəhərinin fərmandarı, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun əməkdaşları və baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları mərasimdə iştirak ediblər.

 

Trend.az