Ukraynanın yeni xarici işlər naziri bəlli olub
Ukrayna prezidenti Petro Poroşenko xarici işlər naziri vəzifəsinə yeni namizəd irəli sürüb.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, P. Poroşenko bu vəzifəyə Ukraynanın Almaniyadakı səfiri Pavel Klimkinin təyin olunması barədə Ali Radaya təqdimat göndərib.
P. Klimkin 2012-ci ilin iyunundan Almaniyada səfir vəzifəsində çalışır.
Xatırladaq ki, hazırda Ukraynada xaric işlər nazirinin səlahiyyətlərini Andrey Deşitsa icra edir.
Apa.az