Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi olmuşdur Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir

Posted by

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi olmuşdur Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi olmuşdur

Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi olmuşdur Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir

İyunun 7-də Ukrayna Ali Radasında bu ölkənin beşinci Prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimi olmuşdur.

Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin nümayəndə heyəti və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli təmsil etmişlər.

Pyotr Poroşenko Ali Radanın təntənəli iclasında əlini İncilə basaraq Ukrayna xalqına sədaqət andı içmişdir. Ona prezident vəzifəsinə başlaması haqda Şəhadətnamə və dövlət başçısının rəsmi rəmzləri təqdim edilmişdir. Sonra Ukrayna Prezidenti andın mətnini imzalamış və ölkənin Konstitusiya Məhkəməsinin sədrinə vermişdir.

Ukrayna Prezidenti Sofiya meydanına gəlmişdir. Burada Ukrayna dövlət himninin sədaları altında və hərbi salam atəşinin müşayiəti ilə Ukraynanın dövlət bayrağı və Ukrayna Prezidentinin bayrağı qaldırılmışdır.

“Sofiya Kiyevskaya” Milli Qoruğunun ərazisindəki kilsədə təşkil edilmiş dua mərasimindən sonra Ukrayna Prezidenti xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşdür.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Ukrayna Prezidenti Pyotr Poroşenkoya Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ali dövləti vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırmışdır. P.Poroşenko da öz növbəsində təbriklərə görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkürünü bildirmişdir.

Daha sonra Ukraynanın yeni seçilmiş Prezidenti adından təntənəli qəbul təşkil edilmişdir.

 

AzərTac.az