Ukraynada 1932-33-cü illərdə baş vermiş Qolodomor faciəsinin ildönümü qeyd olunur
Bu gün Ukraynada 1932-33-cü illərdə baş vermiş dəhşətli aclıq – Qolodomor faciəsinin ildönümü qeyd olunur. Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu gün Kiyev vaxtı ilə saat 16:00-da milyonlarla insanın həyatına son qoyan böyük aclığın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Bildirilir ki, dünyanın müxtəlif ölkələrində Qolodomor qurbanlarının xatirəsinə anım yürüşləri təşkil olunacaq. Səfirlikdən qeyd olunub ki, bu faciə Sovet İttifaqının rəhbərliyi tərəfindən təşkil olunub.
APA.az