Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq niyyətindədir

Posted by

Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq niyyətindədir

Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq niyyətindədir

Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq niyyətindədir

Ukrayna Baş nazirinin birinci müavini Vitali Yarema bəyan edib ki, rəsmi Kiyev Rusiya ilə hərbi əməkdaşlığı dayandırmağı planlaşdırır. Trend-in məlumatına görə, xəbəri cümə günü “İnterfaks-Ukrayna” yayıb.

Yarema cümə günü Kiyevdə regional KİV nümayəndələri ilə görüşdə deyib: “Rusiya üçün sonradan bizə qarşı yönəldiləcək məhsul buraxmaq tam ağılsızlıqdır və Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq haqqında qərar artıq Baş nazir tərəfindən qəbul edilib. O xatırladıb ki, Ukrayna ənənvi olaraq RF ilə hərbi sənaye kompleksi (HSK) sahəsində çox fəal əməkdaşlıq edir və Ukrayna ərazisində Rusiyaya ixrac olunan hərbi məhsullar hazırlayan çoxlu müəssisələr fəaliyyət göstərir. Və RF ilə belə əməkdaşlığın qəfildən dayandırılması Ukrayna iqtisadiyyatı üçün ciddi itkilərə yol açacaq”.

Yaremanın sözlərinə görə, bununla əlaqədar olaraq bu gün ölkənin HSK məhsulları üçün digər satış bazarlarının axtarışı istiqamətində ciddi iş aparılır. O cümlədən hökumət məhsul ixracını Şərq bazarlarına yönəltmək niyyətindədir.

 

Trend.az