Ukrayna MDB-dən çıxacağını açıqladı

Posted by

Ukrayna MDB-dən çıxacağını açıqladı

Ukrayna MDB-dən çıxacağını açıqladı

Ukrayna MDB-dən çıxacağını açıqladı

Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etməyə hazırlaşır. APA TV-nin xəbərinə görə, bunu ölkənin xarici işlər naziri Andrey Deşitsa Rusiya radiostansiyalarından birinə açıqlamasında deyib. Onun sözlərinə görə, MDB öz üzvləri arasındakı anlaşılmazlıqları yoluna qoymaq iqtidarında deyil.

 

Andrey Deşitsa bildirib ki, Ukrayna Krımdakı son hadisələrlə bağlı MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, buna nail ola bilməyib: “Bir ölkə qonşusuna qarşı hücuma keçir. MDB-yə sədrlik edən Ukrayna Şuranın iclasının çağırılması üçün İcraiyyə Komitəsinə müraciət edir. Amma heç bir reaksiya yoxdur. O zaman bu təşkilat nəyə lazımdır”.

Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə baş tutan və yarım saata yaxın davam edən telefon danışığı zamanı qərara alınıb ki, zərurət yaranarsa yenidən əlaqə saxlanılsın.

 

Mustafa Cəmil Krımoğlu deyib ki, Vladimir Putin Krım məsələsinin 16 mart referendumundan sonra həll olunacağını bildirib. Krım türklərinin lideri Krımdakı referendumun dünya ictimaiyyəti tərəfindən tanınmayacağını Rusiya prezidentinin diqqətinə çatdırıb.

 

Vladimir Putin telefon söhbətində Krımda Rusiya qoşunlarının mövcudluğunu inkar etməyib. O, Krım tatarları ilə hər hansı gərginliyin yaranmaması üçün göstəriş verdiyini açıqlayıb. Mustafa Cəmil Krımoğlunun sözlərinə görə, Vladimir Putin ondan xahiş edib ki, Krım tatarları münaqişəyə qarışmasınlar.

 

Apa.az