Ukrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıb

Posted by

Ukrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıbUkrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıb

Ukrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıb

Ukrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz tədarüklərinin enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıb. Trend xəbər verir ki, bu barədə energetika üzrə Avropa komissarı Günter Ottinger Bakıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşündə bildirib.

O qeyd edib ki, xüsusilə Ukraynanın şərqində və digər regionlarda baş verən hadisələr qonşu ölkələrə birbaşa təsir edir.

Ottinger bildirib ki, Ukrayna böhranı fonunda “Şərq tərəfdaşlığı” formatı, xüsusilə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq regionda təhlükəsizliyin təmin olunmasna kömək edə bilər: “Əminəm ki, enerji sektorunda tərəfdaşlar arasında uğurlu əməkdaşlıq təhlükəsizliyin və sabitliyin təmin olunması üzrə hədəflərə nail olmağa kömək edə bilər. “Şərq tərəfdaşlığı” kontekstində bizim üstünlüyümüz var”.

Onun sözlərinə görə, artıq bir neçə proqram və layihələr həyata keçirilir: “Biz gələcəkdə birgə səy göstərə bilərik. İndiki ikitərəfli dialoqun predmeti, həmçinin enerji daşıyıcılarının çatdırılması marşrutlarının necə şaxələndirilməsi olacaq”.

 

Trend/az